Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

05 iyul 2024 | 15:48

Yasamal rayon İcra Hakimiyyətinin inzibati binasında Yasamal rayon Ağsaqqallar şurasının növbəti hesabat konfransı keçirilib.Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önündə gül dəstələri qoydular.Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndi,  Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, Azərbaycanda Ağsaqqallar Şurası hələ 1989-cu ildə təsis edilmiş, 1990-cı ildə isə dövlət qeydiyyatından keçərək rəsmi fəaliyyətə başlamışdır. 1990-cı ildən də Yasamal rayonu Ağsaqqallar Şurası fəaliyyət göstərir və qurumun hazırda 2000-nə yaxın üzvü var. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ağsaqqallara və ahıl vətəndaşlara dövlətin diqqət və qayğı siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 90-cı illərin əvvəlində ölkəmizdə hərc-mərclik baş qaldıranda bizim ziyalı və ağsaqqallar Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. O zaman Azərbaycanı bu bəlalardan məhz Ulu Öndər Heydər Əliyev qurtardı.

Ağsaqqalların və ahıl insanların ölkənin ictimai-siyasi həyatındakı rolundan danışaraq icra başçısı qeyd etdi ki, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən dinamik inkişaf prosesində bu insanların fəaliyyəti danılmazdır.  Ağsaqqallar Şurası öz nüfuzu və çəkisi ilə tanınıb. Bunun də öz dərin səbəbləri var. Azərbaycanda ağsaqqal sözünə tarix boyu hörmət və ehtiramla yanaşılıb. Xalqımızın mentalitetində ağsaqqal məsləhəti, xeyir-duası, sözün əsl mənasında, həmişə xüsusi önəm kəsb edib. Bu amil bizim xalqın xüsusiyyətidir.Təsadüfi deyil ki, ali qanunverici orqan Milli Məclisin yeni seçkidən sonra ilk iclasını adətən ən qocaman üzv açır.

Daha sonra  Şuranın sədr müavini Fuad Məmmədovun hesabat məruzəsi  dinlənidli. Həmçinin BDU-nun professoru, İdarə heyətinin üzvü, İsmayıl Əliyevin hesabat ətrafında çıxışı dinlənildi. Daha sonra natiqlər öz təklif və müraciətlərini səsləndirdilər. Konfransda çıxış edən natiqlər  respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından söhbət açdılar. Qeyd olundu ki, ölkəmizdə ahıl vətəndaşların rahatlığı üçün hər cür şərait yaradılıb. Çıxış edənlər Ağsaqqallar Şurasının fəaliyyətinin səmərəliliyi haqda danışıb, ölkədə gedən inkişaf proseslərini yüksək qiymətləndirib və Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətə öz dəstəklərini bildiriblər.Sonra yekun sözlə Ağsaqqallar Şurası sədrinin 1-ci müavini, millət vəkili  Əhliman Əmiraslanov çıxış etdi.

Yasamal rayon Ağsaqqallar şurasının hesabat-məruzəsi dinlənildi. Konfrans iştirakçıları tərəfindən hesabat qənaətbəxş hesab edildi. Rayon ağsaqqalları ölkəmizdə həyata keçirilən ictimai-siyasi işlərdə bundan sonra da yaxından iştirak edəcəklərini bildirdilər, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər