Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda qanvermə aksiyası keçirilib

28 iyun 2024 | 18:30

Yasamal Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə növbəti  qanvermə aksiyası keçirilib. YAP Yasamal rayon təşkilatında baş tutan aksiyada Yasamal rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, partiya üzvləri, Yasamal Bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları, rayonda fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbə və müəllim heyəti, NeftqazElmi-Tədqiqat Layihə İnstitutunun, Rayon Polis İdarəsinin və rayonun Kommunal Xidmət sahələrinin kollektivləri bu nəcib aksiyada iştirak ediblər. Qanvermə aksiyası Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan bankının həkimlərinin nəzarəti altında baş tutub. Mərkəzin tibbi briqadası bu aksiyada iştirak edənləri ilkin müayinədən keçirdikdən sonra qanvermə baş tutub. Ölkənin qan ehtiyatlarını artırmaq məqsədilə Yasamal Rayon İcra Hakimiyyətinin və digər yerli idarə və təşkilatların əməkdaşları növbə ilə qan veriblər.

Baş tutan qanvermə kampaniyası Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutan ilk aksiya deyil.Son  illər ərazində Yasamal rayonunda mütəşəkkil qaydada qanvermə aksiyaları ənənə xarakteri alıb.

Keçidlər