Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətinin kollektivi Dövlət Qulluqçularının Peşə Bayramını qeyd edib

24 iyun 2024 | 18:56

Dövlət Qulluqçularının Peşə Bayramı Günü Yasamal Rayon İcra Hakimiyyətində təntənəli şəkildə qeyd olunub, Ulu Öndərin büstü önündə xatirəsi yad edilib. Daha sonraDövlət himni səsləndirildi, Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Baş tutan tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova dövlət qulluqçularını təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı. Təravət Muradova Ulu Öndər Heydər Əliyev tərəfindən ölkəmizdə təsis edilən dövlət idarəetmə aparatı və müasir dövrdə dövlət qulluqçularının əsas məqsəd və vəzifələri barədə məlumat verdi.Daha sonra cənab Prezident İlham Əliyevin Yasamal rayonuna səfərləri və son illər Yasamal rayonunda görülən işlər barədə videoçarxa baxış keçirildi.

Tədbirdə nitq söyləyən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və effektiv idarəetmə strukturunun yaradılması məqsədilə böyük işlər görülüb. Elşad Həsənov hər bir dövlət qulluqçusunun öz gündəlik fəaliyyətində yüksək etik qaydalara və vətəndaşlara qayğı prinsiplərini rəhbər tutmalı olduğunu vurğuladı.Bildirildi ki, Ümummilli Lider Heydər Əliyev hər bir vəzifəli şəxsdən “mənəvi saflıq, dövlətin qanunlarına riayət etmək, öz işinə sədaqət” tələb edirdi. Bütün bu meyarlar bu gün dövlət qulluqçuları üçün əsas fəaliyyət istiqaməti olmalıdır.

Qeyd olundu ki, son illər Azərbaycanda cənab Prezidentin müəyyən etdiyi dövlət proqramlarının və həyata keçirilən layihələrin yerinə yetirilməsi bilavasitə dövlət qulluqçuları tərəfindən təmin edilir.Bu mənada cənab Prezidentin təltif və mükafatları ən yüksək qiymətdir. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncamı ilə “Dövlət qulluğunda fərqənməyə görə” medalı ilə təltif edilmiş Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Cəmil Qarayevi təbrik etdi və ona uğurlar arzuladı. Öz növbəsində Cəmil Qarayev onun əməyinə verilən böyük qiymətə görə dövlət başçısı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi.

Daha sonra tədbirdə çıxış edən digər natiqlər öz təklif və mülahizələrini səsləndirdilər. Sonda Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə fəxri fərmanlarla təltif olundular.

Keçidlər