Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon ictimaiyyəti Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd edir

12 iyun 2024 | 18:05

Yasamal rayonunun ictimaiyyəti 15 İyun-Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd edib. Bu münasibətlə  Yasamal Rayon İcra Hakimiyyətinin inzibatı binasında “15 iyun Milli Qurtuluş Günü-Zəfər tariximizin başlanğıcı” adlı tədbir keçirildi.Tədbir zalının foyesində Ulu Öndərin Yasamal rayonuna səfərlərinə həsr edilmiş foto sərgiyə baxış keçirildi.Tədbirin əvvəlində Dövlət Himni səsləndirildi, sonra isə Ulu Öndərin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü il açan Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri  İlham Səfərov Milli Qurtuluş Gününün tarixi və Ulu Öndərə həsr edilmiş sənədli filim barədə məlumat verdi. Daha sonra isə filmin baxışı oldu.

Təxminən bir saatlıq film Ulu Öndərin həyatının bir çox epizodlarını əhatə edir və monoloq formatında çəkilib. Filmdə Heydər Əliyev şəxsi həyatı, ictimai-siyasi fəaliyyəti və digər aspektlər barədə səmimi şəkildə danışır. Baxışa toplaşmış Yasamal rayon ictimaiyyətinin nümayəndələri filmi böyük maraq və həvəslə izlədilər.Baxışda deputatlar, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri, ali məktəb rektorları, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil və tibb müəssisələrinin təmsilçiləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştrak etdilər.

Baxışdan sonra çıxış edən professor Şahlar Əsgərov, millət vəkili Səbinə Xasayeva, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Milli Qurtuluş Gününün müasir tariximizdəki əhəmiyyətindən və Heydər Əliyevin rolundan söz açdılar.

Tədbirdə yekun nitqlə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov filmim ərsəyə gəlmsinə görə Heydər Əliyev Fonduna xüsusi təşəkkürünü bildirdi. Öz çıxışında İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, 1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycanın müstəqilliyi üçün real təhlükə yaranmışdı. Erməni təcavüzü, iqtisadi böhran, xalq ilə iqtidar arasında uçurumun dərinləşməsi müstəqilliyin  itirilməsi ilə nəticələnə bilərdi. Bu təhlükəni görən Azərbaycan xalqı Heydər Əliyevə üz tutdu. Xalqın təkidi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı və Azərbaycanı böyük bəladan qurtardı: atəşkəs rejimi əldə edildi, beynəlxalq aləm Azərbaycanı tanıdı, ölkədə sabitlik yarandı, “Əsrin müqaviləsi” imzalandı. Məhz buna görə biz 15 iyunu Milli Qurtuluş günü kimi qeyd edirik. Milli Qurtuluş günü  Azərbaycan xalqı üçün  sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.

Elşad Həsənov bildirdi ki, bu gün Ümumilli Liderin siyasətini, onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev qətiyyətlə davam etdirir. Cənab Prezidentin apardığı siyasət Azərbaycanı hər sahədə uğura aparır. 15 iyun Milli Qurtuluş günü tariximizin digər böyük bir tarixi ilə bağlıdır- 8 noyabr Zəfər günü. Zəfər gününə gedən yol məhz Milli Qurtuluş günündən başladı. 1993-cü ildə Heydər Əliyev Azərbaycanı dağılmaqdan xilas etdi, 2020-ci ildə isə cənab Prezident İlham Əliyev Qarabağı erməni işğalçılarından qurtardı.

Qeyd olundu ki, bu gün Qarabağda böyük miqyaslı bərpa-quruculuq işləri görülür və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu Qarabağdakı milli-mənəvi abidələrimizi bərpa edir. Elşad Həsənov vurğuladı ki, Heydər Əliyev Azərbaycanı məhz belə görmək istəyib: sürətlə inkişaf edən, torpaqları azad edilmiş və güclü liderin rəhbərlik etdiyi bir ölkə.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bu gün  Ulu Öndərin xidmətlərinin böyük hörmət və ehtiramla xatırlandığını və onun 1993-cü ildə Azərbaycanı məhv olmaqdan xilas etməsinin hər zaman yaddaşlarda qalacağını bildirdi.

Keçidlər