Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda “Yaşıl dünya naminə həmrəylik ili“ qeyd olunur

07 iyun 2024 | 10:26

Yasamal Rayon İcra Hakimiyyətinin və A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili“nə həsr olunmuş “Nəfəs” adlı pantomim tamaşa nümayiş olundu. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı şəhəri üzrə təhsil idarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, habelə müəllimlər, şagirdlər, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.  Əvvəlcə məktəbin həyətində şagirdlərin ifasında  fləşmob təqdim olundu, qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirdilər. Sərgidə şagirdlər təbiətə olan sevgilərini, onu qorumaq vacibliyini, təbiətdən istifadə və ətraf mühitin mühafizəsindən bəhs edən hazırladıqları əl işlərini təqdim etdilər.

Dövlət Himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra şagirdlərin ifasında  “Nəfəs” adlı pantomim tamaşa nümayiş olundu. Tamaşadan sonra çıxış edənlər təəssürütlarını bölüşərək şagird və müəllim kollektivinə öz təşəkkürlərini bildirdilər.

Keçidlər