Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib

15 may 2024 | 16:13

Bu gün 2-ci Fəxri Xiyabanda Birinci Qarabağ müharibəsinin şəhidi Yusif Ağayevin cənazəsi dəfn edilib. Bir qədər öncə şəhidin nəşinin qalıqları Daşaltı kəndi yaxınlığında aşkar edilmişdir.

Dəfn mərasimində  Yasamal Rayon İcra Hakimiyyətinini başçısı Elşad Həsənov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri,YAP Yasamal rayon təşkilatının və Yasamal Bələdiyyəsinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəsmiləri, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.Şəhidin ruhuna dualar oxundu. Şəhidin cənazəsi yaylım atəşi və Dövlət Himninin sədaları altında torpağa tapşırıldı. Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinini başçısı Elşad Həsənov şəhidin tabutuna bükülmüş üç rəngli Azərbaycan Bayrağını şəhidin övladı Vüqar Ağayevə təqdim etdi.

Şəhid Yusif Ağayev 12.09.1959-cu il tarixndə Şamaxı rayonunun Bağırlı kəndində anadan olmuşdur. Birinci Qarabağ müharibəsi başlayanda könüllü qismində Azərbaycan ordusu sıralarına qoşulmuş və 1992-ci ilin yanvar ayının 26-da Daşaltı uğrunda gedən döyüşlərdə itkin düşərək şəhid olmuşdur.

Ötən ay şəhidin cənazəsinin qalıqları Şuşanın Daşaltı kəndi ətrafında aşkar edilərək identifikasiya edilib.

Keçidlər