Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətində qazilərlə görüş keçirilib

29 aprel 2024 | 15:37

Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının 25 illik yubileyi münasibəti ilə Yasamal Rayon İcra Hakimiyyətində Xüsusi Təyinatlı Qüvvələrin yüksək rütbəli zabitləri ilə görüş keçirilib. Görüş zamanı ehtiyatda olan polkovnik–leytenant Dəyanət Məmmədov və ehtiyatda olan kapitan Şamxal Ağayev Yasamal Rayon İcra Hakimyyəti Başçısının 1-ci müavini Hüseyn Əfəndiyev tərəfindən qəbul ediliblər. Görüş zamanı cənab Prezident İlham Əliyevin ordu quruculuğu prosesindəki tarixi missiyasından, Vətən Müharibəsində əldə olunan zəfərdə əsgərlərimizin danılmaz xidmətlərindən, eləcə də ordumuzun qəhrəmanlıqlarından söhbət açıldı.  Qazilərə Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı adından təbrik sözləri çatdırıldı, hədiyyələr təqdim edildi. Sonda xatirə şəkilləri çəkildi.

Keçidlər