Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə basketbol turniri keçirildi.

26 aprel 2024 | 16:33

26 aprel 2024-cü il tarixdə Azərbaycan Texniki Universitetin İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə basketbol idman növü üzrə rayon turniri keçirildi. Basketbol üzrə rayon turnirinin açılış mərasimində Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov çıxış edərək yarış iştirakçılarına uğurlar arzuladılar. Yarışa rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin oğlanlardan ibarət komandaları qatılmışlar. Yarışın nəticələrinə görə I yerə Azərbaycan Texniki Universitetin, II yerə Bakı Dövlət Universitetin, III yerə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecin komandası layiq görülmüşdü. Qaliblər müvafiq dərəcəli kubok, diplom və medallarla təltif edilmişlər.

Keçidlər