Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə futbol yarışlarına start verildi

25 aprel 2024 | 11:28

25 aprel 2024 cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101- ci ildönümü münasibətilə Yasamal RİH, YAP Yasamal Rayon Təşkilatının və Bakı şəhər Gənclər və İdman İdarəsini birgə təşkilatçılığı ilə idmanın 6 növü üzrə ( şahmat, dama, stolüstü tennis, voleybol oğlan, voleybol qız, basketbol və mini futbol) yarışların minifutbol növü start götürdü. Minifutbol üzrə yarışın açılış mərasimində Yasamal RİH başçısının 1 ci müavini Hüseyn Əfəndiyev , YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulamışlar. Yarışa rayon ərazisində fəaliyyət göstərən 10 ali və orta ixtisas təhsil müəssisələrinin komandaları qatılacaq.

Keçidlər