Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

24 aprel 2024 | 17:46

24 aprel 2024-cü il tarixində Bakı Biznes Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə  həsr olunmuş “Yaşıl iqtisadiyyat davamlı inkişafın modeli kimi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rza, Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdir müavini Faiq Hüseynov, Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, akademik Ziyad Səmədzadə, Azərbaycan Respublikasının Energetika Nazirliyinin və Xarici İşlər Nazirliyinin məsul şəxsləri, İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli, ARDNŞ Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutunun şöbə müdiri Çingiz Məmmədov, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə və respublikamızın 20-dən çox ali məktəblərinin prorektorları, Belçikanın Avropa İdarəetmə İnkişafı Fondunun layihələr üzrə direktoru, İsveçin Kral Texnologiya Universitetinin professoru, Litavının Mikolo Romeri Universitetinin, Polşanın Katovitsa Universitetinin, Moldova İqtisad Elmləri Akademiyasının və Yunanıstanın Hellenik Universitetinin professorları iştirak ediblər.

Keçidlər