Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dama turniri keçirildi

24 aprel 2024 | 16:00

24 aprel 2024-cü il tarixdə Azərbaycan Dövlət Pedaqoji Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə dama idman növü üzrə rayon turniri keçirildi. Dama üzrə rayon turnirinin açılış mərasimində Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov çıxış edərək yarış iştirakçılarına uğurlar arzuladılar. Yarışa rayon ərazisində fəaliyyət göstərən 10 ali və orta ixtisas təhsil müəssisələrinin komandaları qatılmışlar. Yarışın nəticələrinə görə I yerə Azərbaycan Memarlıq və İnşaat Universitetin, II yerə Azərbaycan Texniki Universitetin, III yerə Azərbaycan Dövlət Pedaqoji Kollecin komandası layiq görülmüşdü. Qaliblər müvafiq dərəcəli kubok, diplom və medallarla təltif edilmişlər.

Keçidlər