Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda ekoloji aksiyalar davam edir

20 aprel 2024 | 17:38

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Sərəncamı ilə əlaqədar Yasamal rayonunda yeni ekoloji aksiya baş tutub.  Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal Bələdiyyəsi və Dövlət Su Ehtiyatları Agentliyinin  birgə təşkilatçılığı ilə rayon ərazisində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin, Yasamal Bələdiyyəsinin və Dövlət Su Ehtiyatları Agentliyinin rəhbər heyəti, həmçinin gənc fəallar və könüllülər iştirak ediblər. Aksiya çərçivəsində ərazidə yüzlərlə ağaclar əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Keçidlər