Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirildi

05 aprel 2024 | 14:41

05 aprel 2024-cü il tarixdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Yasamal rayon orta ümumtəhsil məktəbliləri arasında “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirildi. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal Rayon təşkilatının sədri Bəhram Şeydayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəis müavini İlqar Şahverdiyev , Fövqəladə Hallar Nazirliyinin Yasamal rayonu üzrə Fövqəladə hallar və Mülki Müdafiə şöbəsinin rəisi Sabir Zeynalov iştirak etmişlər. Yarışın yekun nəticələrinə əsasən I yerə 53 nömrəli tam orta məktəbin komandası, II yerə 158 nömrəli tam orta məktəbin komandası, III yerə isə 20 nömrəli tam orta məktəb-liseyin komandası layiq görülmüşlər. Qalib komanda may ayında keçiriləcək şəhər turuna vəsiqə qazanmışdır.

Keçidlər