Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon ictimaiyyəti Aprel döyüşlərinin şəhidlərini yad edib

03 aprel 2024 | 12:46

Bu gün Yasamal rayon ictimaiyyəti Aprel döyüşlərinin şəhidlərini yad edib. Bununla əlaqədar Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, rayon bələdiyəsinini sədri Tahir Məmmədov,Müdafiə Nazirliyinin təmsilçiləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri II Fəxri Xiyabanı ziyarət ediblər. Burada şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Qurandan dualar oxunub, məzarları önünə gül dəstələri qoyulub.

Tədbirdə çıxış edənlər  aprel döyüşlərindəki qələbənin Azərbaycan xalqının mübarizliyinin, Milli Ordumuzun gücünün təntənəsi olduğunu qeyd etdilər. Bildirildi ki, şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış, Azərbaycan xalqının həmrəyliyini bir daha nümayiş etdirən Aprel döyüşləri Vətən müharibəsinə gedən zəfər yolunda bir sınaq idi və Azərbaycan ordusu bu sınaqdan alnıaçıq çıxdı. Azərbaycanın Milli Qəhrəmanı, Silahlı Qüvvələrinin şəhid polkovnik-leytenantı Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva şəhidlərin xatirəsi əziz tutulduğuna görə hər kəsə minnətdarlığını ifa etdi.

Keçidlər