Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda növbəti ağacəkmə aksiyası keçirilib

30 mart 2024 | 14:44

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Sərəncamı ilə əlaqədar Yasamal rayonunda daha bir ekoloji aksiya baş tutub.  Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal Bələdiyyəsi və RR Constructions şirkətinin birgə təşkilatçılığı ilə rayon ərazisində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, RR Constructions MTK-nın baş direktoru Rafael Abdullayev, həmçinin gənc fəallar və könüllülər iştirak ediblər. Aksiya çərçivəsində ərazidə yüzlərlə ağaclar əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

 Cari mövsüm ərzində Yasamal rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər