Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı ərazidə sakinlərlə görüşdü, təklif və müraciətlərini dinlədi

01 mart 2024 | 16:47

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün mart ayı üzrə səyyar qəbul keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 13 nömrəli tam orta məktəbin akt zalında baş tutdu.Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə, MKTB və xidmət sahələrinin rəhbərləri də iştirak etdilər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı danışmağı xahiş etdi. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra Yasamal rayonunun sakinləri məşğulluq, mənzil məişət şəraitinin yaxşılaşdırılması, sosial yardım, yataqxanada yerləşdirilmək və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırdılar. 

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verdi. İcra başçısı həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

Görüşün sonunda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 7 fevral Azərbaycan Respublikası Prezidenti seçkilərində yüksək fəallığa görə Yasamal sakinlərinə dərin minnətdarlığını ifadə etdi.

Tədbirdən dərhal sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərlə birlikdə ətraf ərazilərə baş çəkdi, onların qayğı və problemləri, həmçinin mənzil şəraiti ilə bilavasitə tanış oldu.İcra başçısı sakinlərin müraciətlərinin həlli üçün məsul şəxslərə bir sıra tapşırıqlar verdi.

Keçidlər