Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin Başçısı əraziyə baş çəkib sakinlərlə görüşdü, problemlərini dinlədi

02 fevral 2024 | 19:04

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün fevral ayı üzrə səyyar qəbul keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 38 nömrəli tam orta məktəbin akt zalında baş tutdu.Tədbirdə həmçinin Yasamal RİH-in məsul şəxsləri, rayon Bələdiyyəsinin, MKTB-nin və xidmət rəhbərləri də iştirak edib. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı danışmağı xahiş etdi. İlk öncə söz alan Yasamal rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra növbə ilə söz alan Yasamal rayonunun sakinləri yolların asfaltlanması və işıqlandırılması, gənclər üçün iş, tikintisi yarımçıq qalmış yaşayış binalarının taleyi, təbii qaza görə borc, fərdi tikintiyə çıxarış, əlillər üçün iş, qanunsuz küçə ticarəti ilə mübarizə və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırdılar. 

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verdi. İcra başçısı həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

Görüşün sonunda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinləri 7 fevral Azərbaycan Respublikası Prezidenti seçkilərində fəal olmağa və səsvermə hüququndan mütləq istifadə etməyə çağırdı.Öz növbəsində Yasamal sakinləri qarşıdan gələn seçkidə fəal şəkildə iştirak edəcəklərini vurğuladılar.

Keçidlər