Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda kommunal strukturlar gücləndirilmiş rejimdə işləyir

24 yanvar 2024 | 14:15

Yasamal Rayon İcra Hakimiyyətindən verilən məlumata görə gecə saatlarından etibarən Bakı şəhər və Yasamal rayonunun kommunal strukturları və aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində çalışıblar. Yasamal rayonu ərazisinə digər yerlərə nisbətən daha çox qar yağması ilə əlaqədar səhər saatlarına kimi kommunal xidmətlərin əməkdaşları yüksək təşkilatçılıqla yağan qarın küçə, prospekt və piyada səkilərindən, avtobus dayanacaqları və metrostansiyalarının qarşısından təmizlənməsini həyata keçirib, xüsusi təyinatlı texnika tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib. Bununla əlaqədar ərazidə texniki duz toplanan məntəqə yaradılıb.

Gün ərzində hər iki qurumun məsul nümayəndələri ərazilərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar. Hazırda qarın intensiv yağması ilə əlaqədar işlər sürətləndirilib, qardan təmizləmə işləri rayonun mərkəzi küçələri ilə yanaşı məhəllədaxili ərazi və iri yaşayış massivlərində də aparılır.

Keçidlər