Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı görülən işlər barədə sakinlərə məlumat verdi

23 yanvar 2024 | 18:44

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda 2024-cü ilin yanvar ayı üzrə növbəti səyyar qəbul keçirilib. Sakinlərin problem və müraciətlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon bələdiyyəsinin  akt zalında vətəndaşlarla görüşdü.Görüşdə Yasamal rayonunun sakinləri, rayon icra hakimiyyətinin məsul şəxsləri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Bələdiyyənin rəhbərliyi, habelə xidmət sahələrinin təmsilçiləri iştirak ediblər.Sakinləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov ötən il ərazində 44 səyyar qəbul keçirildiyini və 560 müraciətin daxil olduğunu bildirdi. Eyni zamanda ötən il 28 qəbul inzibati binada baş tutub və toplam 190 nəfər qəbul edilib. Vətəndaşların müraciətlərinin əksəriyyəti öz müsbət həllini tapıb.

Daha sonra icra başçısı sakinlərdən müraciət və təklifləri barədə ətraflı danışmağı xahiş etdi.Növbə ilə söz alan vətəndaşlar rayondakı parkların abadlaşdırılması, yol və küçələrin asfaltlanması, həyətlərin işıqlandırılması, asudə məkanlarının təşkili, qanunsuz çəpərlənmə və ərazilərin zəbt edilməsi ilə mübarizə  və digər məsələlərlə  bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər.Qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı şəkildə cavab verdi.İcra başçısı bir sıra problemlərin həllinə dair RİH əməkdaşlarına tapşırıqlar verdi.Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.İcra başçısı Elşad Həsənov  vətəndaş məmnunluğunun təmin edilməsinin başlıca məqsəd olduğunu vurğuladı.

Tədbirin sonunda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 7 fevral Prezident seçkilərində vətəndaşları fəal olmağa və səsvermə hüququndan istifadə etməyə çağırdı.

Keçidlər