Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Ulu Öndərin xatirəsi anılıb

12 dekabr 2023 | 17:07

Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar bu gün Yasamal Rayon İcra Hakimiyyətinin kollektivi və rayon ictimaiyyəti Ümummilli liderin əziz xatirəsini yad ediblər. Öncə Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov başda olmaqla aparat əməkdaşları inzibati binada və rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin büstü önünə gül dəstələri qoyublar, onun xatirəsini yad ediblər.

Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP fəalları, şirkət və təşkilat rəhbərləri, ziyalılar, şəhid ailələri və Yasamal rayon ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi yad edilib.
Keçidlər