Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşların hüquqlarının təmin edilməsinə dair göstəriş verdi

01 dekabr 2023 | 14:09

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda dekabr ayı üzrə səyyar qəbul keçirilib. Sakinlərin problem və müraciətlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayondakı 13 nömrəli tam orta məktəbin akt zalında vətəndaşlarla görüşdü. Görüşdə Yasamal rayonunun sakinləri, rayon icra hakimiyyətinin məsul şəxsləri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Bələdiyyənin rəhbərliyi, habelə xidmət sahələrinin təmsilçləri iştirak ediblər.Sakinləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  ölkə Prezidenti cənab İlham Əliyevin son 20 ildə misilsiz fəaliyyəti, xüsusən də Qarabağın azad edilməsi və bərpası istiqamətində görülən tarixi işləri barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Bildirildi ki, cənab Prezident xalqımızı bir zəfərdən digərinə aparır, dövlətimiz daha da möhkəmlənir və beynəlxalq nüfuzu artır. Daha sonra isə sakinlərdən müraciət və təklifləri barədə ətraflı danışmağı xahiş etdi.

Növbə ilə söz alan vətəndaşlar mənzillərin istilik sistemi ilə təminatı, bir dəfəlik sosial yardım,kommunal xidmət ödənişləri, mənzil sənədləşdirilməsi, məhkəmə prosesləri, kommunal borclar, yataqxana ilə təminat, qonşular arasında ərazi üstündə mübahisələr   və digər məsələlərlə  bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər.Qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı şəkildə cavab verdi.İcra başçısı İcra Hakimiyyətinin tərəf olduğu məhkəmə proseslərində vətəndaşların hüquqlarının  təmin edilməsi üçün RİH-in hüquq şöbəsinə müvafiq göstəriş verdi. Habelə bir sıra problemlərin həllinə dair RİH əməkdaşlarına tapşırıqlar da verildi.Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.

Keçidlər