Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda "Əmək yarmarkası" keçirilmişdir

22 noyabr 2023 | 17:44

22 noyabr 2023-cü il tarixində Yasamal Rayon İcra Hakimiyyətinin və Bakı Regional Məşğulluq Filialının birgə təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında Əmək Yarmarkası keçirilmişdir.

Əmək yarmarkasının əsas tərəfdaşı olan "Venta Company" MMC tərəfindən 28 vəzifə üzrə 525-dən çox vakansiya təqdim olunmuşdur.

Yarmarkada 100-ə yaxın aktiv iş axtaran vətəndaş iştirak etmiş və qeydiyyata alınmışdır.

Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşlar.

Keçidlər