Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı və millət vəkili Yeni Yasamal sakinləri ilə görüşdülər

28 iyul 2022 | 18:45

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Milli Məclisin deputatı Səbinə Xasayeva ilə birgə şəkildə sakinlərin problemlərini bilavasitə öyrənib operativ həll etmək məqsədilə səyyar qəbul keçiriblər. Qəbul Yeni Yasamal yaşayış massivindəki 286 saylı orta məktəbin akt zalında baş tutdu. Qəbulda həmçinin RİH Başçısının müavinləri, şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Elşad Həsənov əvvəlcə  ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq rayonda görülən  işlər barədə sakinlərə  məlumat verdi. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, görülən tədbirlər əhalinin həyat standartlarının yaxşılaşdırılmasına yönəlib.

Daha sonra sakinlərin  təklifləri və onları narahat edən problemlər dinlənildi. Yasamal sakinləri bina liftlərinin təmiri, bina fasadlarının təmiri, səkilərin küçə ticarətçiləri tərəfindən zəbt edilməsi, yaşıllıqlara qulluq və bir sıra sosial məsələlər qaldırdılar. Səmimi şəraitdə və canlı dialoq formatında keçən iki saatlıq qəbulda Rayon İcra Hakimiyyətinin başçısı və millət vəkili vətəndaşların səsləndirdikləri məsələlərin həllinə dair konkret tapşırıqlar verdilər.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının əhali ilə görüşləri davam edir.

Keçidlər