Şriftin ölçüsü :

Saytın rəngi :

2 nömrəli Bakı Baza Tibb Kollecində Məzun günü keçirilib

24 iyun 2022 | 14:53

2 nömrəli Bakı Baza Tibb Kollecində Məzun günü keçirilib.Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Azərbaycan Səhiyyə Nazirliyinin, Respublika Klinik Xəstəxanasının rəsmi nümayəndələri və kollecin tələbə-müəllim heyəti iştirak etdi.

Tədbiri Kollecin direktoru Dilarə Məmmədəliyeva açaraq kollecin yaranma tarixindən, məzunların müxtəlif peşələrə yiyələnmələrindən danışdı. Kollecin rəhbəri gələcəyin tibb işçilərinə şərəfli və məsuliyyətli işlərində uğurlar və müvəffəqiyyətlər arzuladı.

Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov məzunları təbrik edərək vurğuladı ki, Bakı Baza Tibb Kolleci Azərbaycanın səhiyyə sistemi üçün kardlar hazırlayan mötəbər təhsil ocağıdır.1975-ci ildə Ulu Öndər Heydər Əliyev Şərifzadə küçəsi 204 ünvanında 2  nömrəli Bakı Tibb Məktəbi üçün yeni tikilmiş binanın açılışında şəxsən iştirak etmişdir.Bu gün Bakı Baza Tibb Kolleci müxtəlif tibb ixtisasları üzrə işçilər hazırlayır.Bu gün bizim səhiyyə sisteminin yüksək ixtisaslı peşəkar tibbi kadrlara ehtiyac var.

Qeyd olundu ki, son zamanlar Azərbaycan  tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi və kadr islahatları  bu sahəni yeni səviyyəyə çıxarmağa imkan yaradıb. Bütün bunlar cənab Prezident İlham Əliyevin apardığı səhiyyə sisteminə dəstək siyasətinin nəticəsidir. Eyni zamanda bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə yeni tibb ocaqları istifadəyə verilir, həmçinin diabetli, talassemiyalı xəstələrə qayğı göstərilir.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı  bildirdi ki, Azərbaycan səhiyyəsi barədə danışarkən iki məqama - COVID-19 pandemiyası və 44 günlük Vətən müharibəsinə toxunmaq lazımdır. İki illik pandemiya dövründə ölkəmizin tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək böyük fədakarlıq göstəriblər. Cənab Prezident İlham Əliyevin şəxsi nəzarəti ilə ölkəmizə peyvənd dozaları gətirildi və əhali pulsuz olaraq peyvənd edildi. Birgə səylərlə ölkəmiz Covida qalib gəldi və böyük sınaqdan uğurla çıxdı.

Vətən müharibəsində Azərbaycanın tibb işçiləri böyük fədakarlıq göstərdilər. Müharibədə yaralanan əsgər və zabitlərimizə tibb işçiləri cəsarətlə yardım etdilər. Tibb işçilərimiz arasında şəhid olanlar oldu. Onların və bütün şəhidlərimizin qanı yerdə qalmadı və biz bu haqq müharibəsindən qalib çıxdıq.

Digər qonaqlar da çıxışları ilə təbriklərə qoşuldular.Sonra məzunların “Andiçmə” mərasimi keçirildi. Yüksək təhsil göstəriciləri ilə seçilən bir qrup məzun tələbələr kollecin fəxri fərmanla təltif olundu.Daha sonra tələbələrin hazırladığı şeir kompozisiyaları və musiqi nömrələri ifa olundu.

Keçidlər