Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Musiqi günü

18 sentyabr 2015 | 10:00

Unudulmaz Niyazinin təşəbbüsü ilə mədəniyyətimizin böyük hamisi, ümummilli lider Heydər Əliyevin sərəncamı ilə hər il 18 sentyabr - Üzeyir Musiqi Günü kimi qeyd olunmağa başlandı. Bu nəcib qərar bütün insanların, xüsusilə də musiqisevərlərin ürəyincə oldu.

Bakının mərkəzi küçələrindən hesab edilən Yasamal rayonundakı Şamil Əzəzibəyli küçəsi Bakı sakinləri arasında daha çox dahi Azərbaycan bəstəkarı, Azərbaycanın Himninin musiqisinin bəstəkarı Üzəyir Hacıbəyovun boya-başa çatdığı ev ilə tanınır.

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova məktəblilərlə birgə Milli Musiqi günündə dahi Üzeyir Hacıbəylinin ev-muzeyində oldular. Bəstəkarın həyat və yaradıcılığının parlaq səhifələri , şəxsi əşyaları hamının marağına səbəb oldu. Təravət Muradova bildirdi ki, elə bu küçədə bu günə kimi dahi bəstəkarın yaşadığı ev, tarixi abidə kimi abadlaşdırılıb və həm yerli, həm də xarici qonaqların ziyarəti üçün muzey olaraq fəaliyyət göstərməkdədir.Yarımçıq qalmış «Azərbaycan» simfonik poemasının partiturası indi də onun yazı masasının üstündə qalmaqdadır. Ekspozisiyada Hacıbəyovun Yaxın Şərqdə ilk opera sayılan «Leyli və Məcnun»dan başlayaraq klassik «Koroğlu»ya qədər bütün musiqili səhnə əsərlərindən danışılır.

Muzeyin direktoru Sərdar Fərəcov qeyd etdi ki, Şuşadan gətirilərək Bakıda sərgilənən eksponatlara Üzeyir bəyin şəxsi əşyaları, uşaqlıq papağı, kostyumu, eynəyi, paltosu, Qori seminariya-sında çaldığı skripka, yazı ləvazimatı, mürəkkəbqabı, qələmdan, şəxsi albomu, şəkilləri, anası Şirinbəyim xanımın gəlinlik paltarı, Ü.Hacıbəyovun həyat və yaradıcılığına həsr olunmuş və muzeyə yadigar verilmiş kitablar daxildir. Bakıya gətirilən eksponatlardan ən dəyərlisi isə muzeyin həyətindəki Ü.Hacəbəylinin çox sevdiyi armud ağacının dibindən götürülmüş bir ovuc Şuşa torpağıdır.

Qonaqlar “Sənsiz” romansını dinlədilər. Sonda xatirə şəkilləri çəkdirildi.

Keçidlər