Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon məktəblərində Bilik günü qeyd olundu.

15 sentyabr 2015 | 10:00

Yasamal rayonunun ümumtəhsil məktəblərində “15 sentyabr – Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə bayram tədbirləri keçirildi.

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova və Rayon İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları Yasamal Rayonunda yerləşən ümumtəhsil məktəblərinin “ Bilik günü “ bayramına həsr olunmuş tədbirlərində iştirak etdilər. Başçının müavini Təravət Muradova müəllim kollektivini və məktəbə yenicə qədəm qoymuş birinciləri , eləcə də onların valideynlərini Rayon İcra Hakimiyyəti Başçısı İbrahim Mehdiyevin adından təbrik edib onlara ən xoş arzularını bildirdi. Ötən tədris ilinin Yasamal rayonu üçün uğurlu olduğu diqqətə çatdırıldı, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərinin 600-dən yuxarı bal toplayaraq yüksək nəticələr göstərdiklərini vurğuladı. T.Muradova bütün bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını bildirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yasamal rayonundakı Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin binasında təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olması təhsil sahəsində aparılan ardıcıl və məqsədyönlü islahatlardan xəbər verir.

Sonda rayon sakini olan bir qrup aztəminatlı ailələrdən olan şagirdlərə məktəbli forması, çanta və məktəb ləvazimatları paylandı.

Keçidlər