Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunun tibb müəssisələrində əhalinin profilaktik müayinəsi uğurla başa çatmışdır

01 may 2015 | 10:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən Bakının Yasamal rayonunda da cari ilin fevralın 17-dən mayın 1-dək əhalinin dispanserizasiyası həyata keçirilmişdir.

Əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkara çıxarılması və insanların vaxtında müalicəyə cəlb olunması məqsədi daşıyan icbari dispanserizasiyada 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları iştirak etmişlər.

Yasamal rayonunda M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (eksperimental xəstəxana), 10 poliklinika və təqribən 15 ixtisaslaşdırılmış tibb müəssisəsi fəaliyyət göstərir.

Yasamal Rayon İcra Hakimiyyətində 3 fevral 2015-ci il tarixli 22 saylı Sərəncamı ilə  əhalinin tibbi-profilaktiki müayinəsinin təşkil edilməsi üçün müvafiq qurumların nümayəndələrindən ibarət komissiya yaradılmış, xüsusi cədvəllər tərtib edilmişdir. Rayon sakinləri arasında təşkilati-maarifləndirmə işləri aparılmışdır.Aksiyanı yüksək səviyyədə keçirmək üçün 3, 16 və 19 nömrəli şəhər poliklinikalarında hər cür şərait yaradılmışdır. İdarə və təşkilatların əməkdaşlarının, habelə yataq xəstələrinin müayinəsi üçün həkim briqadaları təşkil edilmişdir.

Rayonun səhiyyə müəssisələri əhalinin ümumi profilaktik tibbi müayinədən keçməsi tədbirini uğurla başa çatdırıb . Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə qarşıya qoyduğu vəzifələr bundan sonra da layiqincə yerinə yetiriləcəkdir.

Keçidlər