Şriftin ölçüsü :

Saytın rəngi :

Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın 92-ci ildönümü ilə əlaqədar dəyirmi masa

25 aprel 2015 | 10:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatı Qadınlar Şurasının birgə təşkilatçılığı ilə əməkdar elm xadimi, tibb elmləri doktoru,akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev, Yasamal rayon Yeni Azərbaycan Partiyasının sədr əvəzi Tağı Əhmədov, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının Qadınlar Şurasının sədri Tamella Şahbazova, Nəsimi rayon Ağbirçəklər Şurasının sədri, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının Qadinlar Şurasının üzvü Xədicə Muradlı, Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavinləri Xaliq Möhbalıyev, Təravət Muradova, Yasamal rayon Ziyalılar Cəmiyyətinin sədri Rasim Nəbiyev, Yasamal rayon bələdiyyəsinin sədri Zakir Cəfərov, Yasamal rayon Əmək və Müharibə Veteranları Şurasının sədri, Yeni Azərbaycan Partiyası Yasamal rayon Qadınlar Şurasının üzvləri, təhsil və mədəniyyət müəssisələrinin, ali və orta-ixtisas təhsili müəssisələrini direktorları, tələbə gənclər təşkilatlarının rəhbərləri, KİV nümayindələri və digər qonaqlar iştirak etdilər.

İlk öncə qonaqlar Mərkəzin “Muzey” bölməsində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq ümummilli liderin əziz xatirəsini yad etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev giriş sözü ilə tədbiri açaraq qonaqları salamladı.İbrahim Mehdiyev çıxış edərək Azərbaycan tibb elminin xüsusilə oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə xanımın yorulmaz fəaliyyətindən danışdı. K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının Qadınlar Şurasının sədri Tamilla Şahbazova çıxış edərək görkəmli alim Zərifə xanım Əliyevanın şərəfli ömür yolunun hər bir Azərbycan vətəndaşı,hər bir alim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu vurğuladı.

Daha sonra Yasamal rayon Yeni Azərbaycan Partiyasının sədr əvəzi Tağı Əhmədov və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən söhbət açadılar.Akademik Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətindən bəhs edən sənədli film nümayiş olundu.

Sonda Əlihüseyn Quluzadənin ifasında Sevil Əliyevanın “ Əziz ana” mahnısı səsləndi.

Keçidlər