Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının rayonda gördüyü işlər barədə təqdimatı

24 aprel 2015 | 10:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı və Yasamal rayon Əlillər təşkilatının birgə təşkilatçılığı ilə rayonda görülən işlər barədə tədbir keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova, Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının rəhbəri Qvendolin Börçel,Yasamal rayon Əlillər Təşkilatının rəhbəri Təranə Musayeva, Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri, ictimai təşkilatların üzvləri və rayon ziyalıları iştirak etdi.

Qonaqlar ilk öncə ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyaraq ümummilli liderin əziz xatirəsini yad etdilər. Daha sonra “Muzey” bölməsindəki eksponatlar haqqında qonaqlara ətraflı məlumat verildi.

Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova qonaqlar salamladı və tədbiri açıq elan etdi. Azərbaycana Birgə yardım təşkilatı İcma əsaslı reabilitasiya barəsində film nümayiş olundu.

Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının rəhbəri Qvendolin Börçel “Bizim ümumi məqsədimiz əlilliyi olan uşaqların rifahının yüksəldilməsidir. Bunun üçünsə dövlətlə birgə əməkdaşlıq labüddür. QHT dövlətlə cəmiyyət arasında körpü rolunu oynayır. Belə ki, dövlət təcrübəli QHT-lərə dəstək olmaqla icma tipli reabilitasiya strategiyasının daha sistemli həyata keçirilməsinə nail ola bilər.

Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova çıxışı zamanı Azərbaycanda əlil uşaqların cəmiyyət tərəfindən ayrıseçkiliyə səbəb olduğunu, bəzən inkişaf etmiş ölkələrin belə bu problemlə qarşılaşdığını da qeyd etdi. Beyinlərdə həkk olan stiqma-stereotip damğasından qurtula bilməyən əksər valideynlər öz uşaqlarını cəmiyyətdən təcrid edir, evdən kənara çıxarmır. Lakin uşaqların hər biri özünü cəmiyyətin bərabərhüquqlu bir üzvü kimi hiss etməlidir.

Yasamal rayon Əlillər Təşkilatının rəhbəri Təranə Musayeva çıxış edərək əlillərin bu günkü problemlərindən danışaraq, əlillərin xahiş və təkliflərini nəzərə çatdırdı. Yasamal rayon Əlillər Təşkilatının fəaliyyəti barəsində video materiallar göstərildi.

Keçidlər