Şriftin ölçüsü :

Saytın rəngi :

20 yanvar hadisələrinə həsr olunmuş “Şəhidlik zirvəsinə gedən yol” adlı tədbir keçirildi

18 yanvar 2014 | 11:00

53 nömrəli tam orta məktəbdə məktəbin Akt zalında 20 yanvar hadisələrinə həsr olunmuş “Şəhidlik zirvəsinə gedən yol” adlı tədbir keçirildi.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İ.Mehdiyev, Yasamal  rayon YAP təşkilatının sədri professor F.İsmayılov, Ağsaqqallar şurasının sədri  K.Kərimov, Akademik R.Nəbiyev, şəhid ailələri, məktəbin rəhbərliyi, valideyn komitə sədrləri, müəllim və şagirdlər iştirak edirdi.

Tədbiri giriş sözü ilə məktəbin direktoru F.Həsənova açdı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Söz Yasamal rayon İcra Hakimiyyətinin başçısı İ.Mehdiyevə verildi. O şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi ilə bağlı görülən işlərdən danışdı.

Sonra Yasamal rayon YAP -nın sədri professor F.İsmayılov, Ağsaqqallar şurasının sədri K.Kərimov, Akademik R.Nəbiyev, şəhid anası Z.Ağaverdiyeva çıxış etdilər.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra məktəbin şagirdləri “Şəhidlik zirvəsinə gedən yol” adlı ədəbi-bədii kompozisiyanı təqdim etdilər.

Şagirdlər şəhidlərin xatirəsinə həsr olunmuş şerlər söyləyib, mahnılar ifa etdilər. Şagirdlərin hazırladığı  slaydlar nümayiş etdirildi.

Sonda şəhidlərin xatirəsinə verilən ehsanda şəhid ailələri iştirak etdilər, göstərilən qayğı və ehtirama görə təşəkkürlərini bildirdilər.

Şəhid ailələrinə İcra Hakimiyyətinin ərzaq yardımı verildi.

Keçidlər