Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Əlillər Günü münasibətilə tədbir

04 dekabr 2013 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Filiz Palace” şadlıq sarayında Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin  Başçısı İbrahim Mehdiyev, Yasamal bələdiyyəsinin sədri, Ziyalılar Cəmiyyətinin sədri, Rayon Ağsaqqallar Şurasının sədri, YAP Qadınlar Şurasının sədri, Qarabağ Əlilləri Cəmiyyətinin sədri və sədr müavini, Qarabağ Qazilər Cəmiyyətinin sədri, Böyük Vətən Müharibəsi Veteranları Təşkilatının sədri, Çernobol Əlilləri İttifaqının rayon şöbəsinin sədri, Rayon Əlillər Cəmiyyətinin sədri, Qızıl Aypara Cəmiyyətinin rayon şöbəsinin sədri, 20 Yanvar Əlilləri Cəmiyyətinin rayon şöbəsinin sədri, Yasamal rayon İcra Hakimiyyəti  Başçısı aparatının  əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev giriş nitqi ilə tədbiri açıq elan etdi. 

Tədbir tanınmış incəsənət xadimlərinin ifaları və A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin üzvlərinin rəqsləri ilə davam etdirildi. Tədbirin sonunda Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir iştirakçısı olan 150  nəfər  əlilə  yardımlar  paylandı.

Keçidlər